+994 70 367 60 17
inshaat@rezident.az

Daş konstruksiyalar

Əhəng daşı tikinti sferasında istifadə olunan ən qədim inşaat materialıdır. Əsasən kalsium karbonatdan ibarət olan bu çökmə süxur Azərbaycanda geniş yayılmış və ölkəmizin coğrafi şəraitinə əlverişli hörgü məmulatıdır. Əhəng daşından ta qədimdən tikintidə də istifadə olunmasının səbəbi asan təmin edilməyi, oyma üçün əlverişli olması, məsamələrindən asılı olaraq konstruksiyalara nəfəs alma qabiliyyətini verməsi, yapışma xüsusiyyətinin olması və s. üstünlükləridir. Ölkəmizdə mövcud olan tarixi abidələrin böyük əksəriyyəti daşlaşmış heyvan qalıqlarından əmələ gəlmiş əhəng daşından inşa edilib. Bu da bir fərziyyə deyil ki, Xeops ehramı əhəng daşından tikilib.

Daş konstruksiyaların üstünlükləri:

1.Maliyyə baxımından dəmir-beton konstruksiyalardan ucuzdur.

2.Kiçik həcmli tikililərdə dəmir-beton olmadan istifadəsi mümkündür.

3.Konstruksiyaya nəfəs alma qabiliyyəti verir.

4.Yapışma qabiliyyəti yüksəkdir.

5.Dəmir-beton konstruksiyalardan yüngüldür.

6.Səs izolyasiya xüsusiyyətinə malikdir.

7.Oyma işləri üçün əlverişlidir

Daş konstruksiyaların eybləri:

1.Təbiət hadisələrinə qarşı dayanıqlı olmaması.

2.Təkbaşına iri konstruksiyalarda isifadəsinin mümkünsüzlüyü.

3.Yanğın zamanı sahib olduğu xüsusiyyətləri itirməsi.

"REZİDENT.AZ" İNŞAAT PLATFORMASI divizyonu nəzərinizə çatdırır ki, konstruksiyanın bu mərhələsi ciddi və dəyişməz, illərdir təcrübədən keçmiş normativlərlə həyata keçirilir. Mərhələnin bu qismi keyfi istək və davranışlara görə dəyişdirilə bilməz. Bu mərhələdə təklif edəcəyimiz optimal variantlarla büdcənizə əhəmiyyətli dərəcədə qənaət etmiş olacaqsınız.

Sektor eyni zamanda müxtəlif üsulda və üslubda suvaq işlərini də lazımi keyfiyyətdə təhvil verəcək ustalarla təchiz olunub. Bizim suvaqçılar sizə xərclərinizə qənaət etməklə keyfiyyətli suvağa nail olmanın yollarını göstərəcək.