+994 70 367 60 17
inshaat@rezident.az

Daşüzləmə işləri

Daş ən qədim inşaat materialıdır. Tarixin bütün mərhələlərində insan müxtəlif mənşəli, rəngli, formalı daşlardan istifadə edərək müxtəlif konfiqurasiyalı və təyinatlı konstruksiyalar inşa etmişdir. Zamanla, qənaət məqsədilə bəzi daşlar işlənərək müxtəlif formalara salınmış və konstruksiyaların üzləməsində imitasiya olaraq istifadə edilmişdir. Daş üzləmə işlərində konkret qaydalara əməl edilməzsə lazımi nəticəni almaq imkansızdır. Mənşə və formasına görə hər daşın özünəməxsus montaj qaydaları vardır. Uzun illər daş montaj təcrübəsi olan ustalarımız sizə, interyer və eksteryerlərdə lazımi keyfiyyət və estetik görüntünü təmin edə bilərlər. Bunun üçün bizə müraciət etməniz kifayətdir. Biz eyni zamanda bəzi təbii daşların emalatçısıyıq. Daş üzləmə işlərimiz aşağıdakı kimidir:

- Ağlay üzlük daşların emalı və montajı

- Təbii qaya daşlarının emalı və montajı

- Çay daşlarının emalı və montajı

- Süni daşların montajı

- Yəşəm daşının emalı və montajı

- Mərmər və qranit daşların emalı və montajı

- Kərpic imitasiyalı (kabançik) təbii daşın emalı və montajı