Drenaj- konkret məkandakı qrunt və yağış sularının təbii və yaxud süni vasitələrlə əvvəlcədən hazırlanmış rezervuarlara istiqamətləndirilməsidir. Qrunt sularının tikililərə vermiş olduğu zərərlər məlumdur. Tikilidə qeydə alınan çatlamalar, tikilinin hər hansı istiqamətə əyilməsi, döşəmələrdə baş verən çökmə və qabarma halları tikililərdə drenaj sistemlərinin olmamasından qaynaqlanır. Su axını qarşısı alınmaz təbii varlıqdır, lakin bu o demək deyil ki, su axını idarəedilməzdir. Bizim mütəxəssislər tərəfindən quraşdırılmış drenaj sistemləri tikililərinizi və təsərrüfat obyektlərinizi hər cür qrunt sularından, su axıntılarından qoruyacaqdır. Drenaj sisteminin qurulması işləri aşağıdakılardan ibarətdir:
Qrunt sularının axma istiqamətinin müəyyən edilməsi
- Drenaj arxlarının qazılması
- Borusuz drenaj sisteminin qurululması
- Borulu drenaj sisteminin qurulması
- Drenaj rezervuarlarının qurulması
- Yağış sularının toplanması sisteminin qurulması
- Sistemə periodik nəzarət xidməti