+994 70 367 60 17
inshaat@rezident.az

Elektrik sisteminin qurulması işləri

Elektrik sisteminin qurulması zamanı mütəxəssislərimiz 3 əsas prinsipə ciddi şəkildə diqqət yetirirlər. Birincisi, istifadə olunan elektrik materialının keyfiyyəti, ikincisi, materialın dayanıqlılığı, üçüncüsü, materialın insan həyatı üçün təhlükəsizliyi. Sistemin qurulmasının əvvəlindən sonuna kimi bu üç prinsipə əməl etməklə əvvəlcə sistemin sxemi hazırlanır. Sxem hazırlanarkən müştərinin istəkləri nəzərə alınaraq gərəkli məsləhətlər verilir. İşin sonunda bütün sistem yoxlandıqdan sonra tərtib olunmuş sxemlə birlikdə müştəriyə təhvil verilir. Biz gerçəkləşdirdiyimiz elektrik sisteminə 10 ilə qədər zəmanət veririk. Elektrik sisteminin qurulması işləri dedikdə aşağıdakı xidmətləri nəzərdə tuturuq:

- Elektrik naqillərinin çəkilməsi

- Elektrik açarlarının və ştepsellərin montajı

- Əsas və köməkçi elektrik qutusunun yığılması

- Avtomat açarların montajı

- İşıqlandırma avadanlıqlarının montajı

- Elektrik avadanlıqlarının montajı

- Ağıllı ev sisteminin qurulması

- Təhlükəsizlik kamera sistemlərinin qurulması

- Elektrik sistemində baş vermiş nasazlıqların aradan qaldırılması