Ağıllı Ev əsas olaraq elektron pano tipli cihazlar, divar üstü toxunmalı ekranlar, ağıllı açarlar, proqramlar, sensorlar və digər elektron cihazlar istifadə olunmaqla məkan avtomatlaşdırma sistemidir. Ağıllı Ev rahatlıq, qənaət, maksimum təhlükəsizlik, mərkəzdən və uzaqdan hər şeyi nəzarət edərək izləyə bilməkdir.
Ağıllı Ev sisteminin faydaları - Ağıllı Ev sistemləri insanlara, gündəlik həyatda bir çox işləri məsafədən, vaxt itkisi olmadan, avtomatik yerinə yetirilməsinə imkan yaradır. Günəş doğarkən jalüz və pərdələrin avtomatik açılması və ya istənilən işıq səviyyəsinə görə tənzimlənməsi ağıllı ev sistemləri ilə reallaşdırılır. Küləyin sürətinə və yağışlı havalarda jalüzlərin avtomatik bağlanması sizi bir sıra xoşagəlməz hadisələrdən qoruyar. Evin temperaturunun komfortlu dərəcəyə çatdırılması, hərəkət detektorları ilə məkanın istənilən yerində işıqların istənilən aydınlıq dərəcəsinə görə avtomatik və mexaniki tənzimlənməsi, mümkün həyəcan vəziyyəti - qaz sızması, su basqını, yanğın hadisəsi və s.baş verdikdə avtomatik olaraq siyirtmələrin bağlanması, elektrik sisteminin lokal dayandırılması, yanğınsöndürmə cihazlarının fəaliyyətə başlaması, istifadəçiyə məkanda olmadığı hallarda belə sms və e-mail vasitəsilələ məlumatlandırılması, ağıllı ev sisteminin əsas xüsusiyyətlərdir. Qeyd olunan cihazların idarəetmə sistemlərini həm naqillə həm də naqilsiz quraşdırmaq mümkündür.