Landşaft işləri zamanı harmoniya, gözəllik, davamlılıq prinsipləri nəzərə alınmalıdır. Landşaftın qurulması mərhələli və mürəkkəb prosesdir. Belə ki, torpaq sahəsinin layihələndirilməsi, formaya salınması, komponentləri arasında estetik əlaqənin gerçəkləşdirilməsi, tikili və qurğuların, cığırların, su hövzələrinin təqdidi qeyd olunan proses və mərhələlərə daxildir. Landşaft işlənərkən insan və təbiət arasındakı harmoniyaya nail olmaq başlıca məqsəddir. Landşaft işləri zamanı ərazidəki hər bir detal insanı rahatsız etməyəcək şəkildə öz yerində olmalıdır. Bütün parçalar sahənin hələ layihələndirmə mərhələsində ölçülüb biçilməlidir. Məkanın gözəlliyi və harmoniyası onun praktikliyi, rahatlığı və memarlıq dəyərindən asılıdır. Təklif olunan üslub, ağacların, kolluqların və güllərin sayı, döşəmənin variantları, kiçik memarlıq tikililəri, nohurlar, arxlar, təpəciklər, qayalıqlar, kaskadlar və s. landşaftın üsul, element və materiallarıdır. Dizayn zamanı nəticənin necə olacağını özünüz seçə bildiyiniz üçün peşakar mütəxəssislərimiz tərəfindən ərsəyə gətiriləcək sistemin virtual görüntüsünə nail olabilirsiniz. Bizim mütəxəssislərimiz yüksək peşəkarlıqla ən sadə həyətyanı sahəni belə mükəmməl əsərə döndərəcəklər. Landşaft layihələndirmə - memarların, mühəndislərin, dizaynerlərin və kənd təsərrüfatı mütəxəssilərinin birgə əməyi nəticəsində ərsəyə gəlir.
- Landşaft layihənin hazırlanması
- Landşaft dizaynın hazırlanması
- Ağac və bitkilərin əkilməsi
- Qazonun əkilməsi
- Şəlalələrin tikilməsi
- Arx və göllərin tikilməsi
- Kiçik memarlıq konstruksiyaların qurulması
- Suvarma sisteminin qurulması
- İstixanaların qurulması
- Heyvanlar üçün barınaqların hazırlanması
- Əraziyə periodik qulluq xidməti