Oxunma sayı
2167Dərc edilib
22/12/20162017-ci ildən etibarən Naftalanda Azərbaycanın sayca yeddinci beynəlxalq hava limanı olacaq aeroportun təmiri başlanacaq.
Söhbət Naftalanda hazırda fəaliyyətsiz qalmış yerli aeroportun yenidən qurularaq beynəlxalq səviyyəli hava limanına çevrilməsindən gedir. Naftalan şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zöhrab Adıgözəlov trend.az-a bildirib ki, hava limanının fəaliyyəti 1994-cü ildə dayandırılıb və o vaxtdan Gəncədə və Bakıda hava limanları üzərindən uçuşlara bilet almaq üçün kassa funksiyasını yerinə yetirir. Lakin aviareyslərin bərpası həm də turistlərin sayının artmasına səbəb olacaq. Aeroport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq.
Yeni aeroportun tikintisi dövlət vəsaiti hesabına həyata keçiriləcək. İşlərin başa çatacağı müddət və hava limanının istismara verilməsi tarixi, həmçinin xərclər açıqlanmır.
Rezident.Az İnşaat Platforması "BİZİ OXUMAQ XİLAS EDƏCƏK" kompaniyası çərçivəsində məşhur
Bakıda Dövlət Bayrağı Meydanının ərazisində istirahət evinin tikintisi planlaşdırılır.
2017-ci ildən etibarən Naftalanda Azərbaycanın sayca yeddinci beynəlxalq hava limanı
Avstraliyada "Tesla" avtomobil şirkətinin təşəbbüsü ilə dünyada günəş batareyaları ilə