Hər hansı bir tikilidə ilk gözə çarpan detal tikilidəki rəngsazlıq işləridir. Rənsazlıq işləri sadəcə vizual görüntüdən ibarət deyil. Tikilinin divarlarının nəfəs alma amili, müxtəlif təbiət təsirlərinə davamiyyət amili, istifadə olunan materialın insan sağlamlığına təsirləri amili rəngsazlarımız tərəfindən ciddi şəkildə nəzərə alınır. Bizim ustaların ardıcıllıqla yerinə yetirdiyi işlərdə həm estetik, həm komfort, həm də keyfiyyət baxımından yüksək nəticə əldə edəcəksiniz. Eyni zamanda qeyd olunanların fövqündə büdcənizə kifayət qədər qənaət etmiş olacaqsınız. Rəngsaz işlərinə aşağıdakı xidmətlər daxildir:
- Gips və perlit əsaslı astar suvağın vurulması
- Gips və perlit əsaslı üzlük suvağın vurulması
- Aralıq doldurma qarışığının vurulması
- Səthlərin boyanması
- Divar kağızının yapışdırılması
- Tavan künclüyünün (paduqa) montajı
- Tavan künclüyünün (paduqa) çəkilməsi
- Dekorativ suvaq və boyanın vurulması
- Fasada dekorativ suvaq və boyanın vurulması
- Venesiya üsulu suvağın vurulması
- Mineral əsaslı dekorativ suvağın vurulması